Mükafatlandırma mərasimində qadın futbolçu Cennifer Ermosonun dodaqlarından öpən İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales 2 il yarım həbs cəzası ala bilər.
"Report" xəbər verir ki, məsələ ilə bağlı məhkəmə öz işinə başlayıb və prosses fevralın 19-dək davam edəcək.
Prokurorluq bu iş üzrə RFEF-in keçmiş rəhbərinin 2 il yarım müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2023-cü il avqustun 20-də İspaniya millisi İngiltərə yığmasını məğlub edərək (1:0) ilk dəfə dünya çempionatının qalibi olub. Mükafatlandırma mərasimində Rubiales medalı Ermosonun boynundan asıb və futbolçunun dodaqlarından öpüb.
Daha sonra Beynəlxalq Futbol Federasiyasının İntizam Komitəsi Rubialesin RFEF prezidenti vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılması barədə qərar qəbul edib. Futbolçunun şikayətindən sonra prokurorluq cinayət işi açıb.