Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları müəyyənləşdirib

Qazaxıstan ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün texnologiyaların qiymətləndirilməsi üzrə səfərlər silsiləsini başa çatdırıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, tikintiyə iddia edənlərin siyahısına Çinin CNNC, Cənubi Koreyanın ICHNP, Rusiyanın “Rosatom”, Fransanın EDF şirkətləri daxil edilib.

Qazaxıstan mediası qeyd edir ki, tikintini həyata keçirəcək şirkətlə bağlı yekun qərar milli maraqların, beynəlxalq normaların və BAEA-nın tövsiyələrinin nəzərə alınması şərti ilə yaxın vaxtlarda qəbul olunacaq.

Mövcud planlara əsasən, perspektivdə ölkədə ikinci və üçüncü AES-in tikilməsi də mümkündür.