Ermənistanın Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib.
Trend xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, Rusiyanın Ermənistandakı səfiri S.P.Kopırkin nazirliyə çağırılıb.
"2025-ci il yanvarın 12-də Rusiya Federasiyasının Ümumrusiya Dövlət Televiziya kanalında Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılmış süjetlərin səsləndirildiyi “Vesti Nedeli” verilişi ilə əlaqədar, yanvarın 15-də Rusiya Federasiyasının Ermənistandakı səfiri S.P.Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə səfirə müvafiq etiraz notası təqdim olunub", - XİN-dən bildirilib.