Rusiya Ermənistan XİN rəhbərinin səfərini gözləyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

 

"Ermənistanla dialoqumuz davam edir. Ararat Mirzoyan Rusiya Federasiyasına dəvət olunub. O dəvəti qəbul edib, onu gözləyirik. Ümid edirəm ki, səfər tezliklə baş tutacaq", - S.Lavrov bildirib.

Xəbər yenilənəcək