Tehranın cənubunda magistral yolda avtobusun aşması nəticəsində 25 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb. Bildirilib ki, avtobusun göyərtəsində 31 nəfər olub.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.