Matəm günü ilə əlaqədar Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, Abxaziya ərazisində Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsinin anılması üçün yanvarın 9-u matəm günü elan edilib.
Qeyd edək ki, Saberio kəndində baş verən yanğında 5 uşaq həyatını itirib.