Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin təkəri Tokionun Haneda hava limanına enərkən partlayıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində hava limanında uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və bu, 15 reysə təsir edib.
Nəqliyyat Nazirliyinin Tokio hava limanı ofisindən verilən məlumata görə, 65 sərnişindən və ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Uçuş-enmə zolağı təxminən 25 dəqiqə bağlı qalıb.