İsrail aviaşirkəti Moskvaya bütün uçuşları ləğv edib

İsrailin “El Al” aviakompaniyası Rusiyanın hava məkanında yaranan vəziyyətlə əlaqədar həftə ərzində Təl-Əviv və Moskva arasında bütün uçuşları dayandırıb.

AZƏRTAC xəbər verir ki, aviakompaniya gələn həftə uçuşların bərpa edilib-edilməyəcəyinə dair qərar vermək üçün vəziyyəti yenidən qiymətləndirəcək.

Qeyd edək ki, dekabrın 25-də AZAL aviaşirkətinə məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Braziliyanın təyyarə istehsalçısı “Embraer” kompaniyası texniki dəstək üçün ekspertlərini qəza yerinə göndərib.