Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək.

Trend xəbər verir ki, Paşinyanın sammitdə iştirak edə bilməməsinin səbəbi COVID-19-a yoluxması olub.

“Bazar ertəsi, dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, MDB-nin qeyri-rəsmi sammiti 25-26 dekabr tarixlərində Sank-Peterburqda keçiriləcək.