Rusiyanın Baş nazirinin müavinləri İrana səfər ediblər

Rusiyanın Baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyev İranın paytaxtı Tehrana səfərə gəliblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Tehranda onları İran Prezidenti Məsud Pezeşkian qəbul edəcək.

Bundan əlavə, onlar İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif, eləcə də yol və şəhərsalma naziri Fərzanə Sadeq ilə danışıqlar aparacaqlar.