Osman Mert: Ortaq türk əlifbası TDT ölkələrinin yaxınlaşması baxımından çox mühümdür

rtaq türk əlifbasının uyğunlaşdırılması fonunda türk dili əlifbasına yenidən baxılmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Dilçilik Cəmiyyətinin sədri, professor Osman Mert deyib.

Mert “Hürriyet” qəzetinə müsahibəsində qeyd edib ki, 1928-ci ildə ölkədə qəbul edilən türk əlifbasının 29 hərfi türk dilində sözlərin səs görünüşünü çatdırmaq üçün kifayət edir, beş hərf isə (Q, X, Ň, Ümumi türkcəyə əlavə olaraq daxil olan Ə, Ŭ) digər türk dillərinin zənginliyini əks etdirir.

Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın sentyabrın 9-da Bakıda keçirilən üçüncü iclasının yekunlarını şərh edən Mert Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinin vacibliyini qeyd edib.

“Bu gün dünya biliyinin ən azı 70 faizi latın əlifbasından istifadə edir. Ortaq türk əlifbası yazının “çərçivəsini” formalaşdıracaq ki, bu da TDT ölkələrinin bir-birinə yaxınlaşmasına kömək edəcək, eyni zamanda, türk ölkələrinin dünya birliyinə inteqrasiyasına töhfə verəcək. Bu, çox vacibdir”, –deyə Mert bildirib.

O vurğulayıb ki, söhbət bir ölkədə tətbiq olunacaq əlifbadan getmir. “Məsələn, Azərbaycan öz əlifbasından istifadə etməyə davam edəcək. Qazaxıstan, Qırğızıstan və Özbəkistanda dəyişikliklər bu ölkələrin parlamentlərində təsdiqləndikdən sonra olacaq. Ayrı-ayrı TDT ölkələrinin əlifbalarında əlavə olaraq birdən üçə qədər hərf olacaq və onların 29-u bizim ölkələr üçün ümumi olacaq”, -deyə o izah edib.

Mertin sözlərinə görə, məsələnin mahiyyəti Türk dünyasının siyasətdən tutmuş iqtisadiyyata, təhsildən ədəbiyyata qədər yaxınlaşmasıdır: “Hətta Türkiyənin ən qərb əyalətinin, məsələn Edirnenin istənilən sakini Altay dağlarına səyahət edə biləcək, türk dillərindən hər hansı birində oxumaq imkanı əldə edəcək”.

Türkiyə Dilçilik Cəmiyyətinin rəhbəri əlifbasında türk dilində olmayan hərflərin olduğu ingilis dilini misal çəkib. “Bu gün Türkiyə vətəndaşları ingilis dilində söz yazarkən “W” və ya “Q” hərfindən istifadə edirlər. Eyni şəkildə əlifbamızda olmayan hərflərdən istifadə edərək qazax dilində sözləri də yaza biləcəklər”, - deyə Mert izah edib.