Şamaxıda İkinci Üzüm və Şərab Festivalına start verilib. Meysəri kəndində keçirilən festivalda müxtəlif bölgələrdən olan üzüm emalı və şərab istehsalı zavodları müxtəlif çeşidli məhsullarını nümayiş etdirib.Festivala qatılan yerli və xarici qonaqlar sərgilənən məhsullarla,milli mətbəxlə tanış olub,müxtəlif yemək növlərinin dadına baxıblar.