"Fəryad"  BƏDİİ FİLM  (1993)  VİDEO

18+ “Ögey ana” filminin baş qəhrəmanı - balaca İsmayıl artıq böyüyüb, ailə sahibi olub. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. O, əsirlikdə də öz mərdliyini itirmir. Filmdə təsvir olunan hadisələr real faktlara əsaslanır. Xocalı faciəsi ilə bağlı kadrlar Goranboyda Murovdağ ətəklərində çəkilib. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.

Mükafatlar:

Tağıyev Mükafatı - ssenari müəllifi Vaqif Mustafayevə (1994, Bakı) Humay Mükafatı - aktyor və rejissor Ceyhun Mirzəyev (ölümündən sonra, 1994, Bakı) Azərbaycan Filmlərinin III Festival-Müsabiqəsi - rejissor və aktyor Ceyhun Mirzəyevə ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə mükafat (ölümündən sonra, 1994, Bakı)

Rejissor: Ceyhun Mirzəyev

Ssenari müəllifi: Vaqif Mustafayev

Operator: Kənan Məmmədov

Rəssam: Rafis İsmayılov

Bəstəkar: Cavanşir Quliyev

Rollarda: Ceyhun Mirzəyev (İsmayıl)

 Məlik Dadaşov (Armen Xaçaturyan)

Hacı İsmayılov (Rövşən)

 Liana Qudadze (erməni)

 Fikrət Məmmədov(erməni əsgər) və b.

 İstehsalçı: “İnkişaf” Banklararası Mərkəzi Səhmdar Bankı, Azərbaycanfilm, Aşkarfilm Janr: müharibə, faciə, dram, döyüş