"O olmasın, bu olsun "  (1956) BƏDİİ FİLM

12+

1910-cu ildə Bakıda cərəyan edən hadisələrdə iki gəncin - Sərvər və Gülnazın ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Film Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının motivləri əsasında çəkilib. Film ilk rəngli bədii Azərbaycan filmidir.

Rejissor: Hüseyn Seyidzadə

Ssenari müəllifi: Sabit Rəhman

Operator: Əlisəttar Atakişiyev

Rəssamlar: Cəbrayıl Əzimov

Nadir Zeynalov

Rollarda: Əliağa Ağayev (Məşədi İbad)

Arif Mirzəquliyev (Sərvər)

Tamara Gözəlova (Gülnaz)

Ağasadıq Gəraybəyli (Rüstəm bəy)

Barat Şəkinskaya (Sənəm)

İsmayıl Əfəndiyev (Həsənqulu bəy)

İstehsalçı: Bakı kinostudiyası        İlk baxış tarixi: 04.06.1957     Janr: musiqili komediya