"Evlənmək istəyirəm" (1983) Bədii film VİDEO

12+

Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır. Kiçik bir şəhərdə gənc usta Şamil yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın qızına vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar.

Rejissor: Cahangir Mehdiyev Ssenari müəllifləri: İsi Məlikzadə, Sabir Əhmədov Operator: Aleksandr Kovalçuk Rəssam: Nadir Zeynalov Bəstəkar: Cahangir Cahangirov Rollarda: Şamil Süleymanov, Kamil Məhərrəmov, Səməndər Rzayev, Həsən Məmmədov