“Sincan- İpək Yolunun incisi” sənədli filmində uyğur türklərinin tarixi keçmişi və bu günündən bəhs edilir            UNİKAL KADRLAR          VİDEO

“Sincan- İpək Yolunun incisi”sənədli filmi bəşər tarixinin ən qədim ticarət yollarından biri, Şərqlə Qərbi birləşdirən Qədim İpək yolunun önəmli halqası sayılan Çinin Sincan Uyğur Muxtar Regionundan bəhs edir. Filmdə bu qədim yurd yerinin yerləşdiyi unikal coğrafi mövqeyi, tarixi keçmişi, zəngin mədəniyyəti, Çində yaşayan uyğur türklərinin həyatından bəhs edilir. Məşhur, dillərə əzbər Kaşğar bazarından eksklüziv, heç yerdə görmədiyiniz görüntüləri, eyni vaxtda 20000 insanın ibadət edə biləcəyi “ Heytgah” məscidinə də virtual səyahət edə bilərsiniz. Bundan başqa, filmdə türk mifologiyasında xüsusi yeri olan əzəmətli Tanrı dağlarının gözəlliyi ilə tanış olmaq mümkündür.

 Müəllif və aparıcı: Afaq Cəfərova

Rejissor: Vüsal Orucov

Operator: Şahin Cəfərov

Montaj rejissoru: Rauf Əzimov

 Redaktor: Vəli Əkbər