AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdən EKSKLÜZİV VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Təyyarənin göyərtəsində olanların vətəndaşlıqları da məlum olub: qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub olub.