Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmosa çıxıblar

Astronavtika sahəsində tarixi hadisə baş verib - mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar. Bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.

AZƏRTAC “SpaceX”ə istinadla xəbər verir ki, “SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir Cared Ayzekman (Jared Isaacman) və missiya mütəxəssisi Sara Gillisin (Sarah Gillis) təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.

Gələcəkdə “Polaris Dawn” missiyası Yerə qayıdacaq və daha iki uçuş həyata keçirəcək. Polaris proqramı çərçivəsində ikinci və üçüncü uçuşlarının təfərrüatları məlum olmasa da, Cared Ayzekman bildirib ki, son missiya üçün uçmağa hazır olduğu təqdirdə “SpaceX”in “Starship”i istifadə edilə bilər.