Bakı hava limanının tarixində bu ilin avqustunda ən yüksək sərnişin axını qeydə alıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda 2024-cü ilin ilk 8 ayında sərnişin axınında əhəmiyyətli artım müşahidə olunub.

Yanvar-avqust aylarında 5,038 milyondan çox sərnişinə xidmət göstərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,2% çoxdur. Ötən ilin 8 ayında xidmət göstərilən sərnişinlərin sayı 3,781 milyon nəfər təşkil edib.

2024-cü ilin avqustu hava limanının tarixində ən intensiv ay olub. Bu ay ərzində sərnişin axını 827 min nəfəri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir. Orta hesabla, avqust ayında gündəlik təxminən 26 700 sərnişinə xidmət göstərilib.