Qırğızıstan Prezidenti Mərkəzi Asiya üçün vahid viza rejimi təklif edib

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinin öz aralarında vizasız rejim tətbiq etməli və xarici turistlər üçün bölgə boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimi yaratmalı olduğunu bildirib.

Trend xəbər verir ki, bu fikri o, Tacikistanla sərhədin delimitasiyası prosesinin başa çatmasını şərh edərkən "Facebook" hesabında səsləndirib.

 

"İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejim tətbiq etməli, digər ölkələrdən gələn turistlər üçün isə Şengen vizası kimi bütün regionda sərbəst hərəkət imkanı verən vahid viza rejiminə keçməlidir", – deyə Japarov vurğulayıb.