Avrasiya Dağ Turizm Forumunda xizək yarışlarının Hökumə Əliyevaya həsr olunması təklif edilib

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC-də keçirilən Avrasiya Dağ Turizm Forumunda alyansa üzv ölkələrdə uşaqlar arasında keçirilən xizək yarışlarının Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevaya həsr olunması təklif edilib.

"Report"un Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, bu təkliflə Qazaxıstanın turizm üzrə vitse-naziri Yerjan Malikoviç forumda çıxış edib. 

“İki ildən bir keçirilən xizək kurortlarındakı yarışlar Hökumə Əliyevanın şərəfinə həsr oluna bilər və bu tədbirlərin alyansa daxil olan ölkələrdə təşkili nəzərdən keçirilə bilər. Hökümə Əliyeva əsl qəhrəmandır. O, peşəkarlığı və fədakarlığı ilə insanların həyatını xilas edib”, – deyə o bildirib.