Azərbaycanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artıb

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4014,7 min sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici illik müqayisədə 37,9 faiz artım deməkdir.

Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd olunub ki, bu nəqliyyat növü ilə yükdaşıma 15,0 faiz artaraq 411,0 min ton olub.