"Aeroflot"-un İstanbul-Moskva reysi texniki problemlərə görə ləğv edildi

İstanbuldan Moskvaya həyata keçirilməsi planlaşdırılan "Aeroflot"-un SU-2139 reysi texniki problemlər səbəbindən təxirə salınıb.

Trend-in məlumatına görə, reys bu gün saat 02:00-da İstanbuldan havaya qalxmalı idi, lakin uçuşdan əvvəl sərnişinlərə ləğv barədə məlumat verilib.

Təyyarədə uçuşa mane olan əhəmiyyətli texniki nasazlıqların olduğu bildirilib. Sərnişinlər təyyarədən endirilib, baqajlarını götürərək yenidən pasport nəzarətindən keçiblər.

 

"Aeroflot" əməkdaşları sərnişinləri otellərə yerləşdirib və təyyarənin uçuşunun əvvəlcə saat 09:00-da, daha sonra isə saat 16:30-a dəyişdirildiyini bildiriblər. Bunun eyni təyyarə ilə, yoxsa əvəzedici bir təyyarə ilə həyata keçiriləcəyi barədə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.