Almatı-Antalya marşrutunu yerinə yetirən sərnişin təyyarəsi Aktauda məcburi eniş edib

Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KS915 nömrəli reysi həyata keçirən “Airbus A321” tipli sərnişin təyyarəsi Aktau şəhərinin hava limanında məcburi eniş edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Kazinform” “Air Astana” aviaşirkətinə istinadla xəbər yayıb. Enişin səbəbi texniki nasazlıqdır.

Təyyarə yerli vaxtla saat 08:35-də Almatı hava limanından havaya qalxıb. Aktauda eniş normal rejimdə həyata keçirilib.

Aviareys yanvarın 9-u saat 09:20-yə təxirə salınıb.

Sərnişinlər qida və mehmanxanada yerləşmə ilə təmin olunublar. Antalyadakı sərnişinlər üçün də oxşar tədbirlər görülür.