2024-cü ildə Qazaxıstan 11 milyon 500 min xarici turist qəbul edib ki, bu da əvvəlki illə müqayisədə təxminən iki dəfə artım deməkdir.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, ölkənin turizm sənayesi təkcə ziyarətçilərin sayında deyil, həm də maliyyə göstəricilərində əhəmiyyətli irəliləyişlər göstərib. Qalm yerlərinin gəlirləri 27 faiz artıb.
Bundan əlavə, ölkədə tanıtım layihələri, o cümlədən “Qazaxıstana bələdçi” müsabiqəsi, eləcə də beynəlxalq turizm sərgilərində iştirakla bağlı layihələr uğurla həyata keçirilir ki, bu da Qazaxıstanın turist imicini gücləndirməyə kömək edir.