Naftalanda turizm xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb

Naftalanda “Beynəlxalq turizm mərkəzi Naftalanın inkişafında sahibkarlığın rolu” mövzusunda şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində geniş islahatların aparıldığını vurğulayıb.

Həmçinin bildirib ki, dövlət başçısının Naftalanın dünya əhəmiyyətli kurort şəhərlərindən birinə çevrilməsi istiqamətində imzaladığı müvafiq Fərman və Sərəncamlar Naftalan kurort şəhərini beynəlxalq turizm mərkəzinə çevirib.

Sahibkarlıq subyektlərində sənayedə olan mövcud vəziyyət, peşə-kadr hazırlığı, turistlərə göstərilən xidmətlərin daha da yüksək səviyyədə aparılması və yaxşılaşdırılması istiqamətində detallı müzakirələr aparılıb, sahibkarların müraciətləri və təklifləri dinlənilib.

İş adamları ölkəmizdə biznes fəaliyyəti üçün də yaradılan münbit şəraitlə bağlı dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Şəhərin turizminin təbliği ilə bağlı hazırlanmış çap məhsulları tədbir iştirakçılarına təqdim edilib.