Türkiyədə dekabrın 23-dən “Şərq Ekspresi” turist qatarlarının hərəkəti bərpa edilib.
AZƏRTAC xəbər verir ki, turistlərin olduğu ilk qatar Ankaradan Qarsa yola düşüb.
Qatar marşrutu boyunca iki saatdan dörd saata qədər davam edən dayanacaqlar var ki, bu da sərnişinlərə Ərzincan, Ərzurum və Sivas kimi yaşayış məntəqələrini gəzməyə imkan verəcək.
Mənzərəli marşrut üzrə müntəzəm reyslər 2025-ci il mart 2-dək davam edəcək. Ümumilikdə 60 reys planlaşdırılır.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bu ekspresi “ənənəvi istirahət məkanlarına mühüm alternativ” adlandırıb.
“Şərq Ekspresi” Türkiyədə 2019-cu il mayın 29-dan istifadəyə verilib. Bu günə qədər Anadolunun 71 min sakini və qonağı turizm marşrutunun xidmətlərindən istifadə edib.