Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 690,5 min və ya 38,6% çox sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə yükdaşıma 15,8% artaraq 376,1 min ton olub.