Mərakeş 2024-cü ildə rekord sayda turist qəbul edib

Bu ilin 11 ayı ərzində Mərakeş ötən ildəki ümumi turist sayını üstələyərək rekord sayda turist qəbul edib.

AZƏRTAC xəbər verir ki, turizm Mərakeşin ümumi daxili məhsulunun təxminən 7 faizini təmin edir, əsas iş yerləri və xarici valyuta mənbəyidir.

Mərakeşin Turizm Nazirliyinin noyabr ayına olan məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 20 faiz artıb.

Rəsmi məlumatlara görə, yanvar-oktyabr aylarında turizm gəlirləri 9,3 faiz artaraq 9,72 milyard ABŞ dollar təşkil edib.

Mərakeş 2026-cı ilə qədər 17,5 milyon, İspaniya və Portuqaliya ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcəyi 2030-cu ilə qədər isə 26 milyon turist cəlb etməyi planlaşdırır.