COP29-a qədər 10-a yaxın ölkəyə səfər etdik. Bu ölkələrdə biz icmalarla əlaqə saxladıq. Təcrübəni bölüşmək və daha çox insanı hərəkətə keçməyə ruhlandırmaq üçün səfər etdiyimiz Asiyada iqlim dəyişikliyinin müxtəlif icmalara təsirini vurğulayan və bu dəyişiklik ilə mübarizədə uğur hekayələri olan bir sıra universitetlərdə olduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 çərçivəsində elektrikli nəqliyyat vasitələri ilə ölkələrə səfər edən ekomacəraçı, iqlim fəalı Ali Abdou Elsayed deyib. COP29-dan sonra Avropaya səyahətə çıxacağını bildirən ekomacəraçı keçən il COP28-də başlayan səyahətinin 2030-cu ilə qədər davam edəcəyini diqqətə çatdırıb.
"Layihə ölkələr arasında əlaqələrin qurulması, lazımi icazələrin alınması, müxtəlif təşkilatlarla fəaliyyətlərin təşkili üçün təxminən bir il çəkir. Fərqli mədəniyyətlər, dillər var və fərqli qanunlarla mübarizə aparmaq olduqca vacibdir, eyni zamanda, da çətindir", - deyə o əlavə edib.
Bu il iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq və bu ərazidə iqlim dəyişikliyini azaltmaq üçün elektrik velosipedlə Dubaydan səyahətə başladığını qeyd edən Ali Abdou Elsayed gəzinti zamanı ziyarət etdiyi bütün ölkələri öyrənməli və səfərin uğurlu olacağına əmin olmaq üçün hazırlaşmalı olduğunu deyib.
Qeyd edək ki, ekomacəraçı COP27, COP28 və sonuncu olaraq COP29-da iştirak edib.