Azərbaycan Qazaxıstandan ən populyar 10 hava istiqaməti arasında yer alır

Azərbaycan Qazaxıstandan ən çox reys həyata keçirən ölkələrin ilk onluğuna daxil olub.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Mülki Aviasiya Komitəsinin məlumatına görə, hazırda Qazaxıstan Respublikasından dünyanın 32 ölkəsinə həftədə 778 reys tezliyi ilə 132 marşrut üzrə müntəzəm beynəlxalq reyslər həyata keçirilir.

Ən populyar 10 istiqamətə Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Misir, Çin, Özbəkistan, Azərbaycan, Hindistan və Almaniya daxildir.