Gürcüstanın turizm gəlirləri artıb

Gürcüstanın turizm gəlirləri 2024-cü ilin yanvar-avqust aylarında 3,6 milyard dollar təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artım deməkdir.

Trend xəbər verir ki, bu barədə “Galt & Taggart” investisiya şirkətinin analitikasında qeyd olunub.

Sentyabr ayında isə ölkənin bu sahədən gəlirləri illik müqayisədə 7,4 faiz artaraq 450 milyon dollar olub.

 

“Galt & Taggart” şirkətinin proqnozlarına görə, ilin sonuna qədər bu göstərici 4,4 milyard dolları keçəcək.

Qeyd edək ki, keçən il Gürcüstanın turizm gəlirləri 2022-ci illə müqayisədə 17,3 faiz artaraq 4,1 milyard dollar təşkil edib.