MSK sədri sosial şəbəkələrdə manipulyasiya ilə bağlı xəbərdarlıq edib

Sosial şəbəkələrdə də müəyyən kombinasiyalar qurmaq səyləri olub.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, o görüntülərdə elə təəssürat yaranır ki, guya pozuntu var:

“Buna vaxt itirəm tərəflərə çatdırın ki, vaxt itirməsinlər. Biz bunu araşdırırıq. O yola əl atanlar hansı şəkildəsə məsuliyyəti başa salınmalıdır. Bunlar qanunauyğun addımlar deyil. Bizim o prosesə nə qədər vaxtımız gedir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.