Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”.