Ukraynanın baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

Trend xəbər verir ki, təşəkkür məktubunda D.Şmıqal Ukraynanın Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.

Ukraynanda mühüm mülki infrastrukturun, xüsusilə də enerji sisteminin yenidən qurulması layihələrində Azərbaycanın iştirakının genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Ukraynanın Baş naziri dost Azərbaycan xalqına sülh və rifah arzulayıb.