Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir

Moskva, 12 aprel, AZƏRTAC

Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.

DHA Press xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə söyləyib. O deyib ki, bu proses Rusiyanın iştirakı ilə başlanılıb.

“Əminik ki, münasibətlərin “istiləşməsi” bütövlükdə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına kömək edəcək, regionda uzunmüddətli sabitliyin yaranmasına töhfə verəcək”, - deyə Rusiya XİN rəsmisi bildirib.

M.Zaxarova qeyd edib ki, son vaxtlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi sürətlənib və Rusiya bundan sonra da prosesə mümkün dəstək verməyə hazırdır.