Abdulkadir Uraloğlu Əlcəzairə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 21-22 sentyabr tarixlərində Əlcəzairə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər zamanı Uraloğlu əvvəlcə Əlcəzairin nəqliyyat naziri Youcef Cherfa ilə ikitərəfli görüş keçirəcək. İclasda iki ölkə arasında artan ticarət həcmi və iqtisadi əlaqələrə paralel olaraq nəqliyyat fəaliyyətinin inkişaf etdirilməsi, dəmir yolu sektorunda əməkdaşlığa dair, eləcə də davam edən dəniz və beynəlxalq avtomobil yollarının yekunlaşdırılmasına dair anlaşma memorandumunun imzalanması hədəflənir.

Görüşdə Əlcəzair ilə nəqliyyat dəhlizləri kontekstində əlaqələrin də müzakirə olunacağı gözlənilir.

Nazir Uraloğlu daha sonra Əlcəzairin balıqçılıq və su təsərrüfatı naziri Əhməd Badani ilə görüşəcək. Görüş zamanı Türkiyə ilə Əlcəzair arasında balıqçı gəmilərinin tikintisi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Uraloğlu, proqramının davamında Əlcəzairin ictimai işlər və əsas infrastruktur naziri cənab Lakhdar Rakhroukh ilə görüşərək, Əlcəzairin ehtiyac duyduğu mühüm infrastruktur layihələri, xüsusilə liman və dəmir yolu layihələri və həyata keçirilə biləcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq.

Eynı zamanda, iki ölkə arasında əməkdaşlığa öncüllük etmək məqsədilə danışıqlar aparacaq nazir Uraloğlu, türk iş adamları, Əlcəzair dövlət və özəl şirkətlərinin nümayəndələri ilə də görüş keçirəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_