Bakı. TurkicWorld:
Biz yeni konstitusiya uğrunda səyimizi və mübarizəmizi heç vaxt dayandırmayacağıq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dünyada Birləşmiş Millətlər Təşkilatında təmsil olunan dövlətlərin sayı qədər konstitusiya var. Hər bir ölkə öz tarixinə, siyasi, sosial və mədəni quruluşuna görə ayrıca konstitusiya hazırlayıb. Bizim konstitusiya təcrübəmiz 200 ili əhatə edir. 1980-ci ildən konstitusiyamız çevriliş konstitusiyasıdır. Təbii ki, konstitusiyalar dəyişməz mətnlər deyil. Məsələn, ABŞ konstitusiyası 27 dəfə dəyişdirilsə də, yenə də ölkənin ehtiyaclarını ödəyə bilir. Elə ölkələr də var ki, demokratiyadan uzaqdır. Bizim millətimiz qarşısında həm məsuliyyətimiz, həm də vədimiz var. Bu səbəbdən də yeni konstitusiya məsələsi həmişə gündəmimizin əsasında dayanır",- deyə Ərdoğan bildirib.