Bakı. Trend:
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq
Trend xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizdə daşımaların maya dəyərini daha da azaldacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq.Mersin və İsgəndərun limanları vasitəsilə Orta Dəhlizdən keçən yolu Şimali Kiprlə birləşdirmək mümkündür. Bunun Şimali Kiprlə yanaşı qardaş türk dövlətlərinə də böyük faydası olacaq", - deyə o bildirib.