Qazaxıstan Azərbaycanın suverenliyini dəstəkləyir

Bakı. Trend:

Qazaxıstan Respublikası Azərbaycanın suverenliyini dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilib ki, Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir.

Həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.