Bakı. TurkicWorld:
Türkiyə Əsrində yeni konstitusiya qəbul edilməlidir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə yeni və liberal bir konstitusiya hazırlamalıdır. Vətəndaş cəmiyyətinin bütün təbəqələrinin fikirlərini nəzərə almaqla parlamentdə mümkün qədər geniş konsensusla yeni konstitusiya hazırlamaq mümkündür. Bizim istəyimiz ən geniş iştirak və konsensusla vətəndaş konstitusiyasını hazırlamaqdır. Cümhur İttifaqı olaraq bu məsələyə xüsusi diqqət yetirəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.