Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu - Türkiyə DİN rəhbəri

Bakı. Trend:

Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdır. Bizim birliyimiz gücümüzdür.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, TDT dünya siyasətində önəmli bir gücdür.

"Türkiyədə zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu", - o qeyd edeib.

Nazir, həmçinin, Azərbaycanın zəlzələ zamanı Türkiyədə qurduğu xəstəxananı da qeyd edib və xəstəxanada xeyli sayda insanın müalicə olunduğunu diqqətə çatdırıb:

"Türkiyə bu köməyi heç zaman unutmayacaq”.

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir.