Hakan Fidan sabah İrana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İrana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Hakan Fidan, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə sabah İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.

"Hörmətli nazir, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə 3 sentyabr 2023-cü il tarixində İran İslam Respublikasına səfər edəcək. Hakan Fidan, Tehranda yüksək səviyyəli görüşlər keçirəcək. Hər bir sahədə təkmilləşdirmə imkanları müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq",- deyə Türkiyə XİN bəyanatında bildirilib.