Bakı. Trend:
Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verir.
Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla birgə Eskişəhərdəki Birinci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
"Türkiyə Azərbaycan, Liviya, Kosovo, Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək verir. Türkiyə Silahlı Qüvvələri də ölkəmizin hüquq və mənafelərini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirir", - deyə Y.Gülər əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.