Bakı. Trend:
Azərbaycan və Pakistanı təkcə iqtisadi və siyasi əlaqələr deyil, həm də qardaşlıq əlaqələri bağlayır.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi bildirib.
"Uzun illər Azərbaycan və Pakistan beynəlxalq platformalarda çiyin-çiyinə olub. Biz Qarabağdan tutmuş Kəşmir probleminə qədər çətin məsələlərdə bir-birimizi dəstəkləmişik. Və əminliklə bəyan edirəm ki, bundan sonra da bir-birimizi dəstəkləyəcəyik", - səfir bildirib.
O qeyd edib ki, 23 mart Pakistan xalqı üçün mühüm tarixdir.
“23 mart ölkəmiz üçün əlamətdar bir tarixdir, Pakistan dövlətinin yarandığı gündür”, - B.Hayi əlavə edib.