Rusiya Xarici İşlər Nazirliyində Laçın yolundakı vəziyyət müzakirə edilib

Moskva, 14 avqust, AZƏRTAC

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın bu ölkədəki səfiri Vaqarşak Arutunyan ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Laçın dəhlizindəki və bütövlükdə Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər.