12 il ərzində Qlobal Bakı Forumu beynəlxalq təşkilata çevrildiyini sübut etdi - Latviyanın sabiq prezidenti (ÖZƏL)

12 il ərzində Qlobal Bakı Forumu beynəlxalq təşkilata çevrildiyini sübut etdi. Bu bir uğur hekayəsidir.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

O, XII Qlobal Bakı Forumunun artıq ənənə halını aldığını bildirib: "İlk forumlarda məqsəd kiçik qrupların toplanması və regional, qlobal problemlərin həlli ilə bağlı müxtəlif baxışların müzakirəsindən ibarət idi. İndi də bu forum dünya miqyaslı bir hadisəyə çevrilib. Biz burada dünyada gedən münaqişələr fonunda praqmatik şəkildə müxtəlif baxış bucaqları ilə fərqli təklifləri müzakirə edə bilirik. Mən builki praqmatik yanaşmanı çox bəyəndim. Belə möhtəşəmliyin arxasında kim dayanır? Təbii ki, Azərbaycan. Çünki bu, Azərbaycanın ideyasıdır."

V. Zatlers vurğulayıb ki, Qlobal Bakı Forumuna ehtiyac var və forum belə uğurlu şəkildə gələcəkdə də davam edəcək.

"Bu onu göstərir ki, Azərbaycan siyasətdə nəinki regional, mən deyərdim ki, artıq qlobal miqyasda mühüm oyunçuya çevrilib", - deyə sabiq prezident qeyd edib.