Ötən il münaqişə olan ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlərin tətbiq edilməsinə başlanılıb

Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb.