Katerina Yuşenko Qlobal Bakı Forumunun təşkilinə görə Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür edib

Qlobal Bakı Forumunun təşkilində göstərdiyi dəstəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə (NGIC) təşəkkürümü bildirirəm.

Trend xəbər verir ki, bunu Ukraynanın 2005–2010-cu illərdə birinci xanımı olmuş Katerina Yuşenko 12-ci Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə çıxış etmək və baş verən hadisələr barədə danışmaq imkanı yaratdığına görə təşəkkür etmək istəyirəm, eləcə də bizə çətin dövrlərdə dəstək olan, yardım göstərən və vacib məsləhətlər verən NGIC-dəki bütün dostlarımıza minnətdarlığımı bildirirəm. Ədalətə və beynəlxalq hüquqa sadiqliyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirik", - deyə Katerina Yuşenko bildirib.

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunur. Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.