XII Qlobal Bakı Forumunun ikinci günü start götürüb

XII Qlobal Bakı Forumunun ikinci günü start götürüb.

Trend xəbər verir ki, bu gün tədbirdə aşağıdakı mövzularda panel müzakirələri aparılacaq:

“Sülhə aparan yol” (Path to Peace), "Yeni dünya düzənində orta güclər" (Middle Powers in the New World Order), "Sülh naminə bərpa: post-münaqişə yenidənqurması və regional sabitlik” (Rebuilding for Peace: Post-Conflict Reconstruction and Regional Stability), "COP29: Belenə doğru irəliləyiş — keçidin sürətlənməsi" (COP29: Breakthrough to Belem - Accelerating Transformation).

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.